Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə demişdir: «1915-ci ildə yaradılan «Açıq söz» qəzeti o çağadək Qafqaz müsəlmanı, Tatarı deyilən xalqın Türk olduğunu açıq, dönmədən ortaya qoymuş, bu yolda hərbi senzorla çarpışmalı olmuşdur» (Məhəmməd Əmin Rəsulzadə «Qafqaz Türkləri». B.,2012, 48-ci s. İşləyib, çap edəni Yadigar Türkel). Rusiya İmperiyasında Azərbaycan Türklərinə, eləcə də başqa müsəlmanlara dördüncü çeşid […]
Archive for the ‘Türk Dünyası’ Category
Yadigar Türkel. 1995-Cİ İL DÖNÜKLÜYÜ (Politik ağı-4)
Dekabr 9th, 2015
admin Qarşımda «Azərbaycan» qəzetinin saralmış, oxuyarkən yanında cızlar çəkdiyim 4, 7, 9 noyabr 1995-ci il sayları durur. Bir çağlar «Az.TV»dən izlədiyim, qəzetdə oxuduğum çıxışları yenidən oxuyuram. Azərbaycan Rusiya İmperiyasından Türk düşüncəli böyük yurdsevər aydınlarla qurtulmuşdu. Bu çıxışları oxurkən Rus-erməni-sovet-mason bolşefaşizmindən Azərbaycana böyük aydın, işıqlı insan, yurdsevər yurddaşın demək olar, qalmadığı açıq görünür. Sövet politik quruluşu […]
Yadigar Türkel. ULUSUMUZUN ADI TÜRK, DİLİMİZİN ADI TÜRK DİLİDİR! (Politik ağı-3)
Dekabr 4th, 2015
admin Oxumuşlar XX yüzildə Azərbaycanda Türk dilinin, türkçülərin başına gətirilən oyunları bilir, Türk dilinin Ərəb-fars çör-çöpündən arındırılması üçün çalışanları az-çox tanıyırlar. Rus-erməni-sovet-mason dövlətində 1960-cı illərdə başlayan kiçicik yumşalmadan sonra daha çox dilçilərin, ədəbiyatçıların yazdıqlarından, Mirzə Cəlilin, Üzeyir bəyin, Əbdürrəhim bəyin… gülməcələrindən bu yöndə nəsə öyrənmişik. Demə, Azərbaycanda Türk dilinin Ərəb-fars sözlərindən arındırılmasına ən çox çalışan, bu […]
Xaliq Bahadır. Azərbaycan: postsovet dönəminin neokolonializm gerçəkləri
Dekabr 3rd, 2015
admin İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq… Amerika aldatdı bizi… Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. ABŞ-ın Bakıdakı baş diplomatı Riçard Morninqstar noyabrın […]
Soylu Atalı. Nardarandan başlayan İran bölücülüyü
Noyabr 30th, 2015
admin İllərdir Azərbaycanda elə görüntü yaradılır ki, elə bil hər şey göz altındadır, güc strukturları ayıq-sayıqdır. Ona görə də heç bir toplumsal sorun yarana bilməz. Yaransa da anındaca qarşısı alınar, hər şey yoluna qoyular. Təbii ki, bu bir gerçəklik deyil, yaradılan görüntüdür. Azərbaycanda yanlış yönətmə ucbatından çox sorunlar vardır. Toplumu etki altında tutmaq üçün çox oyunlara […]
RUS FACİƏSİ (ASİF ATADAN MÜSAHİBƏ)
Noyabr 30th, 2015
admin (Bu müsahibə 1994-cü ildə Elli adı daşıyan keçmiş Ocaqçı tərəfindən götürülmüşdür. Bu gün üçün də aktual olduğuna görə oxucuların diqqətinə sunuruq.) – Möhtərəm Asif Ata, rus xalqının tarixi nə zamandan başlayır? – Rus xalqının tarixi əslində XIII əsrdən başlayır. XIII əsrə qədər indiki Rusiyada, yəni rus çöllərində bir nəfər də olsun rus yox idi. Mənşəcə və etnik […]
Soylu Atalı. Türkiyə haqqına uyğun davrandı
Noyabr 29th, 2015
admin Nə yazıqlar ki, toplumsal gündəmi ən çox qara, qaranlıq olaylar haqqındakı bilgilər bəzəyir. Həyatımıza qaranlıqlar yeriyir, yeridilir. Qaranlıqların doğurduğu acılar söz qonusuna çevrilir. Çağaşırı gündəmi qarışdıran məsələlər araşdırılır, çək-çevir edilir, hər kəs ona baxış sərgiləyir, nəyin doğru, nəyin yanlış olduğuna aydınlıq gətirməyə çalışır. Ancaq heç bir sorun çözülmür, bir-birinin ardınca yenilənir. Belə bir gedişi izləmək, […]
Yadigar Türkel. BƏYLƏR-BƏYİMLƏR, OYANIN, SİZ ƏRƏBSİNİZMİ? (Politik ağı-2)
Noyabr 23rd, 2015
admin Dilin bireyin özünütanımasında, özünüdoğrulamasında, ulusun düşüncəsinin, ideolojisinin oluşmasında böyük yeri vardır. Ulusun dilinə baxışı, yanaşması, sevgisi onun düşüncəsinin irəliliyindəndir. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə yönəldir. Ulusal birliyə gedən yol ədəbi dildən keçir. Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yazırdı: «Bir millətin həyatında maddətən, mənən bu qədər bir əhəmiyətə malik [dəyəri] olan dili biz, […]
Xaliq Bahadır. Qum qaranlığının qulluqçuları
Noyabr 18th, 2015
admin Bütünlüklə Azərbaycanın gərəklərinə bağlı çoxillik ulusal-siyasi çalışmalarım boyunca bir sıra siyasi özgüdükçülərin belə yersiz qınaqları ilə dönə-dönə üzləşmişəm: “Nə oldu, belə çətin vaxtda sən bu cür çıxışlar eləməyə başladın?!” Arxamca da illərlə belə kampaniyalar aparılıb: “İndi biz bu adamı necə başa düşək: belə çətin vaxtda bu cür çıxışlar eləməyə başlayıb”. Necə çıxışlar eləmişəm? Bizi hansısa […]




Posted in
Tags:
