Archive for the ‘Türk Dünyası’ Category

YADİGAR TÜRKEL. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ

YADİGAR TÜRKELİN AZƏRBAYCAN DİL QURUMUNUN MİLLİ İDEOLOGİYA MƏSƏLƏLƏRİ: TÜRKÇÜLÜK, AZƏRBAYCANÇILIQ TOPLANTISINDAKI ÇIXIŞI Bakı, 11.06.2014 AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ Sayğılı aydınlar, bəylər, bəyimlər, günaydın! Azərbaycanın gerçək yurdsevər, ulusalçı, türkçü aydınlarının ölkəsində sıxışdırıldığı bir dönəmdə bu toplantını keçirən Azərbaycan Dil Qurumunun başçısı, ulus elçisi Sabir Rüstəmxanlı ilə arxadaşlarına, eləcə də sizə çox sağ ol deyirəm.

Oxulun qutsallığını bərpa etmək gərəkdir (Soylu Atalı ilə müsahibə)

  Yurdumuz Azərbaycanın toplumsal nizamı getdikcə pozulmaqdadır. Bunun başlıca nədənlərindən biri təhsil sisteminin bütünlüklə pozuntuya uğramasına görədir. Xalqın da gələcəyi gəncliyin necə qurulmasından, ulusal tərbiyəsindən, dövlətə, millətə, vətənə necə yanaşmasından çox asılıdır. Bu rahatsızlığımızdan dolayı ünlü fikir-qələm adamı, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının düşüncələrini soruşduq. İndi bu söhbəti oxucuların diqqətinə sunuruq. Üstün Atalı: Təhsil […]

Yadigar Türkel. ULUSLA BAĞLI BÜTÜN YARADILANLAR AZƏRBAYCANA SEVGİDƏN DOĞMALIDIR!

2015-ci il fevralın 2-də AMEA-da «Milli Atlas»ın (B., 2014, 444s. s.5000) «Gördü»sü keçirildi. «Gördü»yə çağırışla gəlmişdilər. Azərbaycana, Türkə, yurdun gələcəyinə sevgilə yaşayan bir neçə bilginlə  «amfiteatr»ın açıq qapısından girib, «Milli Atlas»ın (daha düzgünü, daha türkcəsi «Ulusal Atlas»dır) «Gördü»sünü izlədik. AMEA-nın prezidenti Akif Əlizadə «Gördü»nü açıb sözü «Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi»nin başçısı Qərib Məmmədova […]

Asif Ata. İdealsızlıq (“Ruhani Xətt” Bitiyindən)

I Ruhani maraq – özündəki Mütləqə çatmaqdır. Maddi maraq – Varidata çatmaqdır. Maddi ehtiyac – Bədəni yaşatmadır.

Yadigar Türkel. Sözardı…

Sovet dönəmində rus-erməni-gürcü-mason bolşevikləri Azərbaycanın ən dəyərli aydınlarını öldürüb, tərbiyə etdikləri şairlərə «itə-qurda» «Qardaşım Layka! Sən orda elədikcə ham-ham, mən yerdə alıram ilham!» kimi əskiklik ölçüləri, Səməd Vurğuntək istedadlı, görkəmli qoşucuya «Bəşərin vicdanı eşqi-ürəyi, zehni düşüncəsi, fikri, diləyi, bütün yer üzünün xoş gələcəyi, hər zövqü-səfası partiyamızdır!» kimi öygülər yazdırmışlar. Uca türk, azərbaycanlı ulusal düşüncəmiz dolaşdırıldığından […]

Məhəmməd Əmin Rəzulzadə. Qızıl İmperializm

Bolşeviklərin nə kimi Doğu politikası uyğuladıqları Azərbaycan örnəyində bütün açıqlığı, aydınlığı ilə ortaya çıxmışdır. Bolşeviklər Doğu uluslarının qurtuluşu, dirçəlişi çağırışları ilə sözdə ulusların hüququna, özgürlüyünə, bağımsızlığına sayğı göstərirlər. İşdə isə başqa imperialistlərdən heç də ayrı deyildirlər. Bütün bu anlatdıqlarımızı oxuyan oxucu sözsüz, özünü yeni imperializm qarşısında bulmuşdur: – Qızıl İmperializm! Birinci Dünya Savaşında ortaya çıxan […]

Mütləqə İnam Ocağı və Toplumsal həyat (Soylu Atalı ilə müsahibə)

Azərbaycanın toplumsal həyatı çox rəngarəng bir mühitdir. Bu mühitdə çoxsaylı qurumlar, təşkilatlar çalışır. Bunlardan başqa özünəxas çalışmaları olan bir qurum da var – bu, Asif Atanın Mütləqə İnam Ocağıdır. Toplumun aktiv bölümü bu qurumun varlığından xəbərdardır. Ancaq bilgilər, baxışlar, münasibətlər başqa-başqadır. Bəlkə də çoxları üçün aydın olmayan çox şeylər var. Ona görə də Ocağın Yükümlüsü, […]

Yadigar Türkel. KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM, TÜRK GƏLƏNDƏ TOZ OLMASIN

Sayğılı oxucu, igid yeniyetmə, yurdsevər siyasətçi 95 il qabaq, 1918-ci il sentyabrın 15-də  Azərbaycan Cümhuriyətinin, Azərbaycan türklərinin baş kəndi Bakı sevinc, şadlıq, şənlik – şölən içində idi. Qafqaz İslam Ordusu ilə Azərbaycan Ordusunun igid əskərləri rus-erməni-mason güclərini yurdumuzun baş kəndindən qovub, törənlə ora girmişdi. İnsanlar bir-birini qucaqlayıb öpür, qurban kəsir, çalıb-oxuyanlar «küçələrə su səpmişəm, türk […]

Yadigar Türkel. Bir Bəlgə

Azərbaycanın politik tarixinin ən öyünməli çağı 1918-1920-ci illərdə olmuş Azərbaycan Cümhuriyəti, başqa deyimlə, Azərbaycan Respublikasıdır. Azərbaycan Cümhuriyəti var olduğu 23 ayda Azərbaycan, Türk, Doğu tarixində öyülməli politik, ekonomik, kültürəl işlər görmüşdür. Son 27 ildə Azərbaycanın sayğın, seçkin aydınlarından Mövsüm Əliyev, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Cavad Heyət, Cəmil Həsənli, Ramiz Abutalıbov, Şamil Qurbanov, Səfər İbrahimov, Ataxan […]

Yadigar Türkel. Nəriman Hərimanovun Şeyx Hacı Nəcməddin Qotsinskiyə söyüşləri

Sayğılı bəy, Hacı Nəcməddin Əfəndi! Yadınızdadırsa, Rusiya devrimindən qabaq, bir gün Heydərovun evində qonaqkən siz mənim «Türkiyə ilə Dağıstanın hansısa ilişkiləri varmı?» sualıma aşağıdakı cavabı verdiniz: «Biz Türkləri dördgözlə gözləyirik, hamımız bir adam kimi çara qarşı qalxarıq», eləcə də b. Mən onda sizə geriqalmış, bilgisiz Ləzgilərin ruhani başçısı kimi baxmışdım. Onda sizi panislamizm ideyası sarmışdı, […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv