Fikir seli.
Düşüncə təlatümü.
Həqiqətin ömrə gəlişi.
İdrakın iradəyə hakim olması.
Zəkanın yürüşü.
Mahiyyətin züruru.
Məntiqə sığmayan məntiq!
Sübuta sığmayan sübut!
Riqqətlə söylənən kəlam!
Alov tək şığıyan hikmət!
Bir anda açılan sirr!
Bir anda zülməti parçalayan işıq!
Bir anda qovulan naşılıq!
Bir anda dəyişən idrak!
Bir anda bilinən qüdrət!
Qəti hökm!
Qəti inam!
Fikir yağışı!
Fikir qatarı!
Fikir şimşəyi!
Fikir zərbəsi!
Fikir çağırışı!
Təhlilə sığmayan fikir!
Təcrübəyə sığmayan fikir!
Ömrə calanan Fikir!
Fateh fikir!
Amiranə fikir.
Müstəbid fikir.
Öldürüb yenidən dirildən fikir!
Mütləqə qovuşduran fikir.
Özüylə aparan fikir.
Mütləqləşən fikir.
Qocalmayan fikir.
Qaranlığı yaran fikir.
Dalğalı fikir.
Peyğəmbər fikir.
Müqəddəs fikir.
Ruhanı izhar.
Aşiq fikir.
Məşuqə fikir.
Fikir işığı.
Fikir oyunu.
Fikir sevdası.
Çılğın fikir.
Çaynaqlı fikir.
Sahib fikir.
Sədalı fikir.
İməkləmədən yeriyən fikir.
Həmişə qədim və həmişə yeni fikir.
Tufan kimi hayqıran fikir.
Vulkan kimi püskürən fikir.
Məhəbbətli fikir.
Şəfqətli fikir.
Xilaskar fikir.
İnadkar fikir.
Müqəddəs təsdiq.
Müqəddəs inkar.
Ruhun Mütləqə çatması.




Avqust 15th, 2025
admin
Posted in
Tags: 