
Çoxillik faktlardan çıxış etməklə “söyləncələri” yazmaq daha düzgün olardı. (Söyləncə ərəbin dilində “əfsanə” deməkdir). 23 illik hakimiyəti boyunca Ərdoğanın Türkiyə-Türklük yararına söylədikləri doğrulmadığından…söyləncəyə dönüşdü!
Yazıya “Ərdoğan Türkiyəni hara aparır” başlığı da qoymaq olardı, ancaq buna gərək yoxdur: Ərdoğan özünün dediyi kimi, BOP görəvlisi- eş başqanı olaraq Türkiyəni Proje Platformasında hara gətirməliydisə, ora da gətirib. Düzdür, bu, son deyil, sondan öncəki aşamadır. Sonun gətirilməsi üçün son çağlar ritorikasında geniş yer tutan özülsüz “barış sürəci”ni uğurla bitirsin deyə, ona daha bir neçə il gərəkir…
Böyük Ortadoğu Projesinin eş başqan yükümlüsü olaraq ƏrdoğanTürkiyəni gətirəcəyi yerə gətirib. Onun o başdan bu başa dedikləri daha çox “dedik”, etdikləriisə daha çox Projeuyğulaması olub.
Türkiyənin başına yenigətirilən çağlarında iki başlıca dediyi vardı: Osmanlıya qayıdış, islamçılıq. Bunların ikisi də Projedən qaynaqlanırdı: bununla Türk ulusu ona daha çox inanacaq, daha çox sarılacaq, daha çox da aldadılacaqdı.
Osmanlıya qayıdış
“Osmanlıya qayıdış” gözdən pərdə asmaq- Türkiyə yurddaşlarını aldatmaq üçün ortaya atılmış yalan idi. Gerçək Osmanlı tarixini bilməyən çoxları bu yalana inandılar. Osmanlının ən azı son 250 illik tarixi Türkləri dışlama, Türklərə yağılıq tarixidir. Sultan Səlim xəlifəliyi Misirdən İstanbula Ərəb din böyükləri ilə birgə köçürmüş, xəlifəliyinin tanınması üçün onlara böyük üstünlüklər qazandırmışdı. Ərəb milliyətçiliyinə bağlı din böyükləri ilə dönmələrin (devşirmələr) dövləti bütünlüklə ələ keçirmələri sonucunda, Osmanlını qanı, canı ilə qurmuş Türklərin üzərinə böyük yürüş başlamış, ordunu çıxmaqla Türklər dövlət yönətimindən bütünlüklə uzaqlaşdırılmış, çıxdaş edilmişdilər. Dövləti ələ keçirmiş ərəbçi-islamçılara da, devşirmələrə də Türklər üstün savaşçılar olaraq dövlətinqorunması üçün gərəkirdi. Ərdoğan da “Osmanlıya qayıdış” adı altında Sultan Səlim dönəmindən başlayan etkinlikləri etdi. Tarixçi Yusif Halacoğlunun bildirdiyinə görə, Ərdoğan hakimiyətində Türk yoxdur. Başqa sözlə, Osmanlıda olduğu kimi, Ərdoğan hakimiyətində də Türklər başlıca dövlət görəvlərindən dışlanmış durumdadırlar. Bu isə özəl bir Proje görsənişi deməkdir…
Qanı, canıyla yaratdığı, yaşatdığı dövlətin üst düzəyindən Türklüyün dışlanmasının adı nə? Nə üçün ona yalnız orduçu olaraq o dövləti qanıyla, canıyla qorumaq hüququ tanınmalıdır?!
Ərdoğan: “Biz milliyətçiliyi ayaqlar altına alan (başqa sözlə, Türklüyü ayaqlar altına alan) bir iqtidarız” demişdi. Bunun qarşılığı olaraq nə etdi: “osmanlıçılıq” adı altında ərəbçilik politikaları yürütdü. Onun ərəb eşi teleekrandan deyirdi: “Biz Türkiyədə 90 illik enkazı qaldırdıq”. Bu, Atatürkçülüyün aradan qaldırılması demək idi. Ərdoğan ailəsi yandaşları ilə birgə, Türkiyəni qoruyan, gücləndirən, irəli görüşlərlə gələcəyə aparan Atatürkçülüyü ərəbcə “enkaz” adlandırır (“enkaz” Türkcə uçuntu, dağıntı deməkdir).
Türkiyənin üzünü mollaxanalara, məscidlərə yönəldən Ərdoğan öz uşaqlarını Amerikada, İngiltərədə oxudub. Onun özünə danışman etdiyi, Amerikadakı İndiana universitetində oxumuş qızı Süməyya deyir: “Suriyada olan devrim islamın zəfəridir. Inşallah çox yaxında Kamalist rejimi yıxıb Şəriət dövləti quracağıq. Allahın izniylə ilk işimiz Anıtqəbri yıxıb cami yapmaq olacaq”. Bu, Ərdoğan ailəsinin din adına Türkiyəni sonunadək yenmə projesidir.
Suriyadakı “zəfərə” gəlincə, “devrim” sonrası orada üstünlük qazanan (“zəfər”) Türkiyə dövləti deyil, İsrail dövlətidir. Görünür, Ərdoğan ailəsi İsrailin üstünlüyünü özünün üstünlüyü sanır.
Qızının indi dediyini hakimiyətinin başlanğıcında Ərdoğan özü demişdi: “Kamalizmi yox etmək üçün minarələr süngümüz olmalıdır”. Kamalizmi yox etmək Atatürkçü düçüncədən daşınmaqlaTürkiyənin özünü bugünkü yoxolma aşamasına gətirmək amacı ilə söylənmişdi.
Atatürkçülük nə deməkdir: ulusal hegemonluq,çağdaşlıq, demokratiya, biliyə sarılmaq, bu yolla gəlişib yüksəlmək, eləcə də ölkəni, dövləti gəlişdirib yüksəltmək deməkdir!
Ərdoğannə etdi? Atatürkçü düşüncəni aradan qaldırmaq üçün 20 min sivil oxulu qapadaraq onların yerinə ölkə boyu imam hatip oxulları (mollaxanalar) açdı, dinçiləri universitetlərə rektor, rektor yardımçısı atadı. Ərdoğanın universitetə rektor yardımçısı atadığ dinçilərdən biri bu yaxınlarda buyurdu: “Bizə bilikli xalq deyil, biliksiz xalq gərəkdir- bilikli xalqı yönətmək çətin olur”. Ərdoğan ideologiyası, Atatürkə-Atatürkçülüyə yağı Ərdoğançılıq budur!
İmam hatiplərin sayını durmadan artırmaqla ölkədə terrora son qoyacağını demişdi. 90-larda bitməkdə olan terror durmadan genişləndi. Terrora adanan isə imam hatiplər deyil, Türk əskəri, Türk polisi oldu. O da Proje üzrə. Elə Ordunu yıpratmağa yönəlik, sindirməyə odaqlanmış Ergenekon, Balyozolayları da Proje işləmləri idi.
Ərdoğanın Osmanlıçılıq ideyası da, terrorla çoxillik “savaşı” da, “Turan qurmaq” adına girişimləri də uğursuzluqla sonuclandı, boşa çıxdı. Başqa sayaq ola da bilməzdi: Ərdoğan bu ideyaların gerçək yükümlüsü deyil, onu Türkiyənin başına gətirən, yapay seçkilər yoluyla uzun illər dövlətin başında tutan gücün- BOP-un yükümlüsü olduğundandır!
İndi nədən danışır? “Yeni Türkiyə” quruculuğundan! Dini dövlətə daşımaqla, dinçi-gerilikçi düşüncəyə üstünlük qazandırmaqla“Yeni Türkiyə” qurmaq yapay “Turan quruculuğunun” bənzərdir.
***
BOP görəvlisi olaraq Ərdoğan Türkiyə dövlətini terrora- bölücü terrora!- uduzdurdu! O indi “Terrorsuz Türkiyə- çözüm sürəci” girişiminə yüklənmiş durumdadır. “Apo çıxacaq, yaraqlar buraxılacaq, terrora son qoyulacaq”. Öncə yazmışam, bir daha yazıram: bu, Türk ulusunu aldatmağa yönəlik yeni yalandır. Aponunçağırışıyla PKK yaraqları buraxsa belə, terrora son qoyulmayacaq. PKK İran, İraq, Suriya, Türkiyə qollarına ayrılan dördlü şəbəkənin bir parçasıdır. Üstəlik, başlıca yönətgici Apo deyil, Apo kimilər deyil: Apo da, onun kimi bir çox başqaları da uzağı terrorbaşı maşalardır.
PKK-nı yetişdirən, arxasında duran, milyartdlıq yardımlarla ona üstünlük qazandıran gücün strategiyası Türklərlə Kürdlər arasında barış yaratmaq deyil, İraqla Suriya kimi Türkiyə ilə İranı da bölüb parçalamaqla, yeni dövlət-“Böyük Kürdüstan” adı altında sınırları öz çıxarlarına uyğun yenidən biçimləməkdir!
“Terrorsuz Türkiyə” adına indiki “barış sürəci”Ana Yasada Projeyə uyğun dəyişiklik yoluyla Türkiyənin unitar dövlət yapısını aradan qaldırmağa yönəlik yeni aşamada yeni dirənişə gətirəcək.
Ərdoğanın indiki “Terrorsuz Türkiyə- barışsürəci” çabalarının başqa bir nədənini AKP qurucularından olan keçmiş deputat Dəngir Mir Mehmet belə anladır: “Tək qorxusu hakimiyəti itirmək deyil. Ailəsinin də bulaşdığı yolsuzluqların ortaya çıxmasından, yarğılanmaqdan qorxur”.
AKP-linin dediyi öz yerində, Ərdoğan Proje olaraq Türkiyəni 50 min Türkü öldürmüş bölücü terror örgütü önündə yenilgən-bölüngən duruma gətirdi- bu da başqa bir qorxu doğurur…
12.05.2025