ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN

Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs?
Həzin ladlar üstündə bir qız oxuyurdu.
Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı idi.
Bir dur, toxta, qəlbim. Bu nəğmənin sözləri oğlanın qıza xitabıdır, deyəsən. Bu şeri oğlan qoşub. Amma oğlanın dilindən deyilənləri bu qız özünün könül duyğuları kimi oxuyur. Bu şərqi Tanrının qadın deyə yaratdığının ömür nəğməsi kimi oxunur. Bu qız özünə, öz ömrünə, öz ruhuna lay-lay deyir, elə bil. Bu nəğmə qadın dünyasının ruhani təsviridir, deyəsən. Elə bil mələklər öxuyur. Aman, Tanrım! Ardını oxu »

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Bütün unudulmuşlara…

 

… mən — tənha, kim tənha bunca?
Məndə mən — suç… suç — mən məndə!
Mən ayrılıqlar içində…
Məndə mən — puç… puç — mən məndə!

 

… yüyürsən, haqlamaq olar,
məndə sirr saxlamaq olar.
Mənə bel bağlamaq olar…
Məndə mən — uc… uc — mən məndə!

 

… gül üstdən ac arı köçdü,
yol qaldı, köçəri köçdü.
… özümdən içəri köçdüm,
məndə mən — köç… köç — mən məndə!

Ardını oxu »

Asif Ata. İnsan Natamlığı

Natam İnam. Natam İlham. Natam vəcd.
Natam ehtizaz. Natam məhəbbət.
Natam ismət. Natam fərəh. Natam xəyal.
Natam amal. Natam cürət.
Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş.
Natam iradə. Natam zəka.
Natam duyğu. Natam arzu. Natam sirr.
Natam dil. Natam yol. Natam səs.
Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri.
Natam açıq. Natam gizli. Natam mərd. Natam sərt. Ardını oxu »

Soylu Atalı. İçdənlik – Oyunu Ötməkdir

Bəzən üzdəki şairlər, genel olaraq qələm adamları (yazıçılar) yazdıqlarını Allahdan gələn ilham, Allahdan gələn söz kimi dilə gətirirlər. Onlar bunu təvazökarlıq edirmişlər kimi deyirlər. Yəni “mən kiməm, yazdıqlarım Allahın hünəridir”. Əslində bu deyilişdə gizli bir eqoizm var. Yəni “mən Allaha yaxın adamam, seçilmişlərdənəm”. Bu hal Məhəmməddən gəlir. Üzdə özünü təvazökar göstərir: “mən Allahın quluyam, nəyim var Allahdan gəlir, özümün heç nəyim yoxdur”. Ancaq bununla yanaşı, “mən üstünəm, Allahın seçdiklərindənəm”. Bu yanaşma insanla oyun oynamaqdır, onu kiçiltməkdir, sən boş gəlibsən, Allah istəsə bu boşluğa nəsə qoyar, istəməsə qoymaz. Ardını oxu »

Əkbər Qoşalı. Tovuz səfəri

Axşam düşür, şər qarışır. Belə vaxtlar hər yerdə qərib bir kövrəklik duyar insanoğlu; gur şəhərlərdən, nə bilim, işıqlı iş yerlərindən fərqli olaraq, köydə bir başqa cür – daha təsirli, daha içdən olur axşam düşümü – sanki səni qaçhaqaçdan sıyırıb, hoydu-hoydudan çəkib saxlayır, özünəgəlməyə çağırır, toxtamağa vadar edir…
Bir anlıq, adama elə gəlir bir sənsən, bir doğma köyün, bir də göyün üzü… Dərin bir nəfəs, ani sükut doğma torpağın qoxusunu hiss etməyə cəlb edir, belə demək olarsa, zamanın toxunulmazlığını xatırladır sənə…
Doğulduğun, böyüdüyün, yerlə-göylə ilk tanışdığın eldə olmaq – yalnız bir coğrafi geridönüş deyil, həm də ruhun (ruh halının) öz başlanğıcına qayıdışı kimidir. Ardını oxu »

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (I hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik.

Fikir Evi. Mövzu: Mütləqə İnam
(Ata gəlir və hamı ayağa durur – Soylu Atalı.)
Ata zala daxil olur: “Həlak olanlarımızın xatirəsini yad edək (Hamı ayaq üstə  S.A.). Bir dəqiqədən sonra Ata “əyləşin” deyir.
Ürəyinizdə Günəş olsun, onda ən soyuq havada belə üşüməzsiniz.

Ardını oxu »

Soylu Atalı. Bilmək – Yaşamaq

Ürəyinizdə Ata Günəşi olsun, dəyərli Amaldaşlarım. Sizin hind ruhaniyyatı ilə, eləcə də sufiliklə bağlı verdiyiniz suala qısaca cavab vermək istəyirəm.
Mənəvi təmizlənmənin özülü sayılan əsas ideya Nirvana ideyasıdır. Nirvana insan üçün həyatın hər cür əzablarından qurtulma yoludur. Hər cür nəşədən, ehtirasdan, hər cür həzzdən imtina etməyin yoludur. Bu olmadan insanın ruhu yaranmır, kamilləşmir. İnsanın ruhu kamilləşmirsə onun həyat tərzi heyvanın həyat tərzinə bənzər olur.
İkinci ideya Atman ideyasıdır. Atman dünyanın ruhu sayılır. Dünyanın ruhu həm də insanda təcəlla edir. İnsanın özünü dərk etməsi Atmana qovuşmasıyla başa gəlir. Ardını oxu »

Asif Ata. Özüylə döyüşən İnsan

Çirkabla döyüş. Günahla döyüş.
Yalanla döyüş. Yamanla döyüş.
Köləliklə döyüş. Kölgəliklə döyüş.
Həqarətlə döyüş. Əsarətlə döyüş.
Bədbinliklə döyüş. Azğınlıqla döyüş.
Açıq çirkabla döyüş. Gizli çirkabla döyüş. Sirli çirkabla döyüş.
Çirkab cəzbiylə döyüş.
Qorxu zəhmiylə döyüş. Zalımlıqla döyüş.
Miskinliklə döyüş. Avamlıqla döyüş.
Duyğunu yamandan qorumaq.
Zəkanı yalandan qorumaq.
Əlləri haramdan qorumaq. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv