Asif Atanın Mütləqə İnam Ocağı Göytəkin Atalıya əmisi Bəhruz bəyin ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. İnsan Azadlığı


Qorxudan azad olmaq. Həsəddən azad olmaq. Mənəvi xəsarətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkrdən azad olmaq. Rəzalət əsarətindən, küdurət əsarətindən azad olmaq. Vətənsizlik həqarətindən azad olmaq. İnamsızlıq fəlakətindən azad olmaq. Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq. Xülya zəncirini qırmaq. Hiylə zəncirini qırmaq. Fitnə zəncirini qırmaq. Qibtə zəncirini qırmaq. Daxildəki ilanı öldürmək. Yalanı […]

Faciə Konsepsiyası (V.Şekspirin “Hamlet” əsəri üstə düşüncələr)


İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda […]

Asif Ata. İnsan Çirkinliyi


Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl. Həsəd yanğısı. Fitnə yanğısı. Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci. Azğın sevinci. Quyu qazanlar. Tələ quranlar. Haramlıq harınlığı. Zalımlıq harınlığı. Xəyanət harınlığı. Qəbahət harınlığı. İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək. Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək. Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi. Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti. Sürünmək məharəti. Əyilən […]

Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək


(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz) Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə […]

Soylu Atalı. Ruh – İntellekt


xxx Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. […]

Asif Ata. İnsan Gözəlliyi


Səmaya bənzəmək. Günəşə bənzəmək. Dağlara bənzəmək. Bulağa bənzəmək. Çırağa bənzəmək. Ananın ürəyi. Atanın zəkası. Aşiqin fəryadı. İgidin cürəti. Körpənin təravəti. Ayrılığın kədəri. Vüsalın sevinci. İdrakın vəcdi. Sevgi məqamı. Gəlin vüqarı. Həya qızartısı. Aşiqin Məcnun çağı. Şəhidin ölüm çağı. Yolçunun yoxuş çağı. İlqarın sınaq çağı.

Soylu Atalı. Alimin Fal Daşı, ya da Kül Aləmin Gözünə


Bir vaxtlar Azərbaycanda rusçuluğa sevgi çox qabarıq idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, ona kosmetik bəzək verib öz doğmaca xalqına sırımağa çalışır. Hər araçla toplumu inandırmağa çalışırlar, Avropada azərbaycanlıların bilmədiyi böyük kişilər varmış. Bizim toplumumuz onlardan soraqsız imiş. […]