Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz


I. İnsan – Allah Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar. Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox. İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah […]

Soylu Atalı. Xocalının Pərdələnən İlləri


Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]

Günev Atalı. Ümidləşən İnamım


Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]

Soylu Atalı. “Od İşığı” ideyası


Xızır Günü (Su Çərşənbəsi) Qutlu olsun! Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, […]

Soylu Atalı. Oyunların əlində də olsaq, içində də…


Həqiqətin bir açımı, yönü, izahı olur, siyasətin yüz. Bir siyasi olaya bir neçə baxış sərgiləmək olar. Əgər baxışlar siyasətin oyunlarına oyun qatmaq açısından sərgilənmirsə doğru sayıla bilərlər. Yəni sərgilənən baxışların hərəsi bir oyunun doğru qiymətləndirilməsi ola bilər. İstənilən siyasi olay özünə qarşı bir sıra doğru cavablar, izahlar doğurur. Kimsə siyasi olaylara strateji açıdan yanaşıb qiymətləndirər, […]

Yılmaz Dikbaş. TROL YOK, İĞFAL VAR!


İnternetdə, sosial mediada tez-tez istifadə olunan bir söz var: Trol. Bu söz türk dilində deyil. Bu söz ingilis dilindədir: Troll. Troll-un iki müxtəlif mənası var. Birincisi, bir növ balıq tutma üsuludur. İkincisi isə mənfi və dağıdıcı bir münasibət bəsləyən, təhqir, böhtan və ya hücum xarakterli təxribat törədərək alqı yaratmağa çalışan şəxsə yapışdırılan addır. Əsasən, mediada […]

Xaliq Bahadır. Tarixə tarix olaraq baxmaq gərəyi


Tarixə necə baxılmalıdır? Necə var, eləcə. Tarix kimsənin istədiyi kimi şumlayıb, istədiyi toxumu əkəcəyi bir yer deyil. Tarix kimsənin istəyinə bağlı bir alan da deyil, necəliyindən asılı olmayaraq, olmuş, bitmiş olaydır. Bizdə tarixlə bağlı öz yanından, öz baxışlarına, özünün politik, ideoloji, dinsəl istəklərinə uyğunbuyruqlar verildiyini görürük. Bir partiya sədri din adı altında siyirmə qılınc üstümüzə […]

Soylu Atalı. Dəyişiklik istəyi sorumluluq deməkdir


İnsanda daim dəyişmək, dəyişiklik etmək meyli yaşayır. Hesab eləmək olar ki, bu, olanaqda olan gəlişmə tələbindən irəli gəlir. Ancaq insanın bütün hallarda atdığı addım gəlişmə ilə sonuclanmır, geriləmələr də baş verir. Bu ona görə olur ki, olanaqda yaşayan gəlişmə tələbini insan tanıya, dərk edə bilmir. Bu halda insanın əməlləri Tələb yönündə yox, bilməzlik yönündə gerçəkləşə […]