Türkiyədə Atatürkün qurduğu Ulus dövlətinin gələcəyi ilə bağlı gərgin durum yaşanmaqdadır. Bu durumla, bütünlükdə Türkiyə ilə bağlı baş verənlərdən dönə-dönə yazmışam. Mən də yazıram, Demokratik qüvvələrin Milli şurasını oluşduranlar da yazırlar. Bilməyənlər belə deyə bilərlər: nə yaxşı. Di gəl ortada yaxşı olmaqdan uzaq nəsnələr var. Demokratiya ideallarına, eləcə də Ulusalçı ideyalara bağlı olaraq mən qabaqcıl […]
Archive for the ‘Türk Dünyası’ Category

Ölügötürmənin milli yönü


Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız. Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir. Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif […]

Xaliq Bahadır. Ərdoğanın iftar çıxışı


Düzünü bilmək istəsəniz, Ərdoğanın çıxışları məndən ötrü çoxdan, lap çoxdan dəyərini itirib. Yutub onun 23 illik yalançı çıxışlarıyla doludur. Buna baxmayaraq, onun dünən İstanbulda etdiyi iftar çıxışına baxmaq istədim. Niyəsi gizli deyil, Türkiyədə son günlər baş verənlərlə bağlı deyəcəklərini bilmək gərəkirdi- dinçi prezidentin çıxışı olaraq. Sizi sevindirə bilməyəcəm: yeni nəsə yox idi- yenə çoxlu yalanlar, […]

Başsağlığı


Asif Atanın Mütləqə İnam Ocağı ünlü folklorşünas Elxan Məmmədlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz


I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək […]

Soylu Atalı. Babək Özgürlük Simqəmizdir


(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Babəki verən xalqın özünü balaca sayması günahdır


(Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya […]

Asif Ata. Ruhanilik


Ruh – Mütləqin İnsanda ifadəsidir. Mütləq kamildir, əbədidir, sonsuzdur. Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır. Sonlu dünyada – sonsuz yaşamaqdır. Keçici dünyada – əbədi yaşamaqdır. Əbədi yaşamaq – mənəvi yaşamaqdır. Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır. Cismən insan keçicidir, mənən – əbədidir. Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır. […]

Soylu Atalı. Xalqların aldandığı gündəmlər


Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı […]

SİYASİ İSLAM və ORDU


(Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb) (Təqaüddə olan Briqada generalı Naim Baburoğlunun qələmindən gərəkən bir yazı. Oxuyun, paylaşın, hamı oxusun). 1978-ci il. İranda küçə şouları və tədbirləri başlayıb. Yanvar 1979-cu il… İran şahı Rıza Pehlevi ölkəni tərk edib. 1 fevral 1979-cu il… Parisdə sürgün edilən Ayətullah Xomeyni İrana qayıdıb. xxx Xomeynini iki milyona yaxın insan […]