Deyir: “Mənim prioritetim Turan qurmaqdır”. Bunu istəsə, Amerikanın prezidenti deyə bilər, bugünkü Azərbaycanın, bugünkü Türkiyənin prezidenti deyə bilməz. Nə üçün? Azərbaycanın, Türkiyənin bugünkü politik, ekonomik, sosial gerçəkliyi ilə uzlaşmadığı üçün! Turan qurmaq ideyası ilə sözügedən gerçəklik arasında, dərin, çox dərin uçurum var. O uçurumu isə başqaları deyil, Azərbaycanda da, Türkiyədə də Turan qurmaq ideyası ilə […]
Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. İlahi Ədalət yalanı


…İlahi ədalət axtaranlar ən çox verdiyin vədlərə baxırlar. Məsələn, göyel (səmavi) dinlər cənnət vəd edir, bəs sən nə vəd edirsən?! Ölümdən sonra fiziki həyat vəd edirlər. Cənnəti əslində fiziki həyatın davamı kimi qiymətləndirirlər. Öləndən sonra diriləcəksən. Birinci həyatında, yəni Yerdəki mövcudluğunda yaxşı işlər görübsənsə cənnətə aparılacaqsan. Orada yaşayan sənin ruhun deyil, məzmunun, mənan deyil. Orada […]

Erdal Sarızeybek. APO GÜCÜNÜ ERDOĞAN’DAN ALIR… ANCAQ SADƏCƏ ERDOĞAN’DAN DEYİL…


Hər şey PKK-nın Anadoluda başlayan on altı üsyana sahib çıxması ilə başladı. Türk tarixinə nədənsə kürd üsyanları kimi yazılan bu on altı üsyanı araşdırdım. Mənim məqsədim; bu üsyan siyasətini araşdırmaq və PKK-nın yalanlarını ifşa etmək idi. 1514-cü ildə baş verən (Yavuz Sultan Səlim – Şah İsmayıl döyüşü) Çaldıran döyüşündən başladım. Baş nazir Ərdoğanın həyata […]

Xaliq Bahadır. İlyas İsmayılov – bütövlüyün özü


(Bütövlük Böyüklükdür) Gərəkən giriş Bu dünyadan İlyas İsmayılov keçdi-böyüklüyün, bütövlüyün özü kimi!Nə yaxşı, sağlığında onu dəyərləndirənlərdən oldum. Şair nə deyir: Sağlığında qiymət verin insanlara! İndi, özündən sonra, onu bəyənən, öyən, yüksək dəyərləndirən tanınmış politikanları görürük.Onu sağlığında saymazdan gələn politikanların ona sonrakı sayğısını görürük.Kimə, nəyə gərəkdir belə çağı keçmiş yalançı sayğı, yalançı dəyərləndirmə?! Bunlar çağında olsaydı, […]

Asif Ata. Fərd


Fərd – özüylə kifayətlənmir, barışmır – ona görə ruhanidir. Fərd – mühitlə kifayətlənmir, barışmır – ona görə ruhanidir. Fərd – bədənlə kifayətlənmir, barışmır – ona görə ruhanidir. Fərd – nisbiylə kifayətlənmir, barışmır. Mütləqə can atır – ona görə ruhanidir. Fərd – dünyada müqəddəsliyi kəşf edir, yaradır, müqəddəsliyə tapınır – ona görə ruhanidir. Fərd – dünyada […]

Xaliq Bahadır. Diktatura nədir


Bir sıra görüşlərdə, qonuşmalarda diktaturadan söz düşərkən tez-tez “bizdə diktatura olmadığı” tezisiylə qarşılaşırıq. Bu tezisi ortaya atanlar onu doğrulamaq üçün qaçılmaz olaraq klassik diktaturalardan örnəklər gətirirməklə bizdə “tam diktatura deyil, diktaturaya bənzər bir rejim olduğunu” söyləyirlər. Ayrıca vurğulamaq gərəkir: bunlar elə-belə kimsələr deyil, çağımızın oxumuş, bilikli, bir çoxu da akademik çevrələrə bağlı adamlar olur. Onları […]

Günev Atalı. Sözüm aldadanlara deyil, Aldananlaradır


Amal – Ömrün ali Mənası İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan. Özünə nəzarət edir, qüsurlarla döyüşür, arılır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan, düşüncə yadlıqdan çəkilir. Baxışlara sevgi, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət – ucalıq gətirir ömrə. Yaşamın anlam yüksəkliyində görürsən özünü. Yetdiklərini yörəndəkilərə yetirmək […]

Xaliq Bahadır. Kim kimdir?


(Türkiyə Bermud üçbucağında) Natanyahu guya Ərdoğanın təpkisiylə “yaraqları buraxmış” YPG-yə dəstək verəcəklərini bildirdi. YPG lideri Abdi Şahin tezcə İsrailə yanıt verdi: “Dəstəyinizə açığıq”. “Suriya fatehi”, “dünya lideri” Ərdoğan nə edəcək? 23 il boyunca olduğu kimi,ulusa yeni-yeni yalanlar söyləyəcək. “Suriya fatehi” adlandırdığınız Ərdoğan Suriyadan qaçan 10 milyondan artıq ərəbi Türkiyəyə dolduraraq onlara Türk ölkəsində Türklərdən qat-qat […]

Asif Ata. Xalq


Xalq ruhani xilqət olduğundan kamildir, əbədidir, sonsuzdur. Bu səbəbdən də o, fərdlərin adi cəmi deyil, yalnız məkan birliyinə əsaslanan birlik deyil, keçici hadisə deyil. Bu səbəbdən də xalq həyatı hadisəsi var. Xalq mənəviyyatı hadisəsi var. Xalq idealı hadisəsi var. Xalq idrakı hadisəsi var. Xalq ölməzliyi hadisəsi var. Xalq həyatı – ruhaniliyi, Mütləqi ifadə edən həyatdır. […]

Soylu Atalı. Yüzilin (əsrin) “saziş” oyunu


İkinci Qarabağ savaşı 2020-ci ilin noyabrında başa çatmış sayıldı. Ancaq biz onda yazdıq ki, Qarabağ sorunu hələ çözülməyib. Baxın, üstündən 5 il keçir, hələ də “barış bağlaşması” (sülh sazişi) ortada yoxdur. Düşünürük ki, olmayacaq da. Bizi yüzil öncə çözülməsi zor olan bir oyunun içinə soxublar. Torpaqlarımızda Ermənistan dövləti yaratmaqla bizi onun varlığı ilə barışmağa […]