Günəş görürəm – sevinirəm, səma görürəm – sevinirəm, müqəddəs analıq, möhtəşəm atalıq, zərif ürək görürəm – sevinirəm, Mütləqə can atmaq ehtiyacı görürəm – sevinirəm, məhəbbət görürəm, mərhəmət görürəm, həqiqət görürəm – sevinirəm, körpə dil açır – sevinirəm, ulduz göydən boylanır – sevinirəm, səhər açılır – sevinirəm, ürəklərdə arzu doğur – sevinirəm, yollar yollara calanır – […]
Archive for the ‘Türk Dünyası’ Category

Paşa Talıblı. “Qərib köynəyində bircə mən idim…”


Bir gül olmalı… …havadı, nə bilmək olur? Bükülsə bürkü olmalı… Ən acı nə varsa – adı qürbət ya sürgün olmalı. …açıl, açıl, baxaq nədir; tellərində duvaq nədir? …yaşıl-yaşıl, ağ-ağ nədir, deyəsən bir gül olmalı. …eşik qar içəri darmı? …Yaradan hamıya yarmı? Olacağa çara varmı? Olmalı, bir gün olmalı!

Xaliq Bahadır. Şeytan dəyirmançıları


Surət Hüseynov–“suç keçisi” Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə […]

Güney Azərbaycanla bağlı müsahibə


ASİF ATANIN GÜNEY AZƏRBAYCAN HAQQINDA DÜŞÜNCƏLƏRİ – “QUZEYDƏN GÜNEYƏ” Verilişi (15.08.2023) Soylu Atalı, Nurtəkin Atalı, aparıcı Səfurə Çərkəzqızı

Asif Ata. xeyirli DünyA


Ümidlisən, məhəbbətlisən, səmalısan, baharlısan, müjdəlisən, bərəkətlisən, səxavətlisən, cavanlısan, gözəllisən, bulaqlısan, səslisən, rənglisən, musiqilisən, sözlüsən, mərhəmətlisən, məlahətlisən, paklısan, nurlusan, qəhrəmanlı – fədakarlısan, torpaqlısan, çaylısan, mehirlisən, vüqarlısan! Körpəlikdə – ana səsi, ilk günəş şüası, gecə ənginliyi, meşələrin ilk qüssəsi, əllərin əllərə mehri, sədalarla dolmuş təbiət, ilk gül, ilk mehr, doğmaların istisi, kəndinə, şəhərinə, evinə heyrət, ilk qar, […]

Soylu Atalı. Türk Dünyasının çevrəsində gedən oyunlara qısa bir baxış


Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım. Bu gün 19 Yağış Ayı, 44-cü il (noyabr, 2022) Günsıramızda sizinlə bəzi rahatsızlıqlarımı paylaşmaq istəyirəm. Hər halda, biz Ocaq olaraq, baxışlarımızı bildirməliyik, deməliyik. Bu bir tarixdir, bu bir faktdır. Güney Azərbaycanla bağlı olduqca rahatsızam. Bizi yenidən oyuna çəkirlər. Məncə Güney Azərbaycan İsrailin, Amerikanın, Böyük Britaniyanın, Ərdoğanın oyunlarına gedir. Mənə […]

Asif Ata. Mütləq Tələb


Mütləqə İnamın Mütləq olsun! Özünü Mütləqlə müqayisə et! Mütləqi Kamillik, Gözəllik və Xeyir meyarına çevir! Özünə tələbin Mütləq olsun! Gerçəkliyi Mütləqləşdirmə – Mütləqdən uzaqlaşarsan! Həyata sığınma, onun üzərində yüksəl! Mütləqin nişanələrini sev, onların ali mənasını qan, bu mənaya heyrət et!

Xaliq Bahadır. Türkiyə seçkisi demokratiya, antidemokratiya güzgüsündə


Türkiyədə keçirilən prezident seçkisi orada olduğu kimi Azərbaycanda da toplumu iki yerə böldü: dəyişiklik istəyənlər-istəməyənlər. Başqa sözlə desək, demokratiyaistəyənlər-istəməyənlər. Türkiyədəki seçkinin durğunluq durumundakıAzərbaycanda virtual olsa belə yüksək qatılım doğurması çox önəmlidir. Biriləri bunu lağ obyektinə çevirirlər. Yanlış yanaşmadır. Uzun illərdən bəri yalanlarla aldadılan, repressiyalarla qorxudulan Azərbaycan toplumunun qardaş Türkiyədəki prezident seçkisinə o sayaq aktiv qatqısı […]

Soylu Atalı. Türkiyənin yeni dönəmi ən pis köhnəlik olacaq


Elə düşünürlər Türkiyə yeni gəlişmiş bir dönəmə girir. (Bizə görə Türkiyə köhnə dönəmini ən pis bir düzeydə sürünməyə davam edəcək). Niyə belə düşündüklərinə qısaca bir baxış sərgiləyək. Əslində bu düşüncə Ərdoğanın televiziya ekranlarındakı çıxışlarından, mənimsənilən, qullanılan onlarla televiziyaların, basın orqanlarının propaqandalarından qaynaqlanır. Ərdoğanın heç vaxt gerçəkləşməyən, onun xarakterinə görə gerçəkləşməsi olumsuz olan yuxugətirici nəzəriyyəsi ard-arda […]

Xaliq Bahadır. Türkiyə bir heliokopter vermədi


Azadlıq radiosu (televiziya bölümü) önəmli bir iş gördü: seçkiyə iki gün qalmış Türkiyə müxalifətinə azacıq da olsa Azərbaycan toplumuna özünütanıtma olanağı yaratdı. Burası çox yaxşı, ancaq… (Bu olmayayadı!) Sovet dönəmində Az TV əməkdaşı olmuş, sonra ADU-BDU-da jurnalistika müəllimliyi etmiş Zeynal Məmmədli uzun illərdir Azadlıq radiosunun başında durur. Hansı nədənləsə elə Z.Məmmədli dönəmindən Azadlıq radiosu, […]