İnam Evi Günümüz qutlu olsun. Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! […]
Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Türkləşmənin Yanlışları


Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu […]

Asif Ata. Çirkin Dünya


Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkinliyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqətsizlik çirkinliyi. Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik […]

Paşa Talıblı. Şeirlər


Mən sözü torpağa gec əkdim bir az… … ümidim olmadı bu gələn yaza, mən sözü torpağa gec əkdim bir az. Neylim, bu ümidnən çata bilmədim, sözün meydanına gecikdim bir az. Sözün meydanına gecikdim bir az, elə hey “gecikdin” dedilər, neylim! … yedilər payımı ümidyeyənlər, bu yaz ümidimi yedilər, neylim! Dedilər yeməkdən ümid yaxşıdı… … bir […]

Asif Ata. Gözəl Dünya


Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi. Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. […]

Aqşin Ağkəmərli. ANA…


Qardan kəfən geyinmiş bir şəhər… Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından […]

Soylu Atalı. Həyatla necə davranmalı


İşin Ocaq yönü necədir, biz həyata nə dərəcədə bağlıyıq, bağlı olmalıyıqmı?! Biz həyata bağlılığı açıb qırağa qoymaqdan çox danışırıq. Ancaq həyata bağlılığı açıb qırağa qoymaq daha çox məcazi xarakter daşıyır, gerçək anlamda deyil. Yəni biz, həyatın bioloji cəhətlərinin bizim üzərimizdə hakim olmasını açıb qırağa qoyuruq. Həyatın bizim üzərimizdə ağa kimi davranması, bizim iradəmizi zorlaması, iradəmizin […]

Paşa Talıblı. Şeirlər


Təzə bir şer yaz, qaraca oğlan… (Emil Rasimoğluna) * … təzə bir şer yaz, Emil əfəndi! … orda ayla, illə, burda müxtəsər, köhnədən-təzədən…təzə bir şer! Min il əhədimi kəsən dərdimin bəlkə əhədini kəsə bir şer! * … təzə bir şer yaz, Emil əfəndi! … fikirlər narıncı, cəhrayı rəngdə, misralar körpətək day dura bilsin. Elə yaz, […]

Aqşin Ağkəmərli. Xoşbəxt sevgi xatirəsi


Təhsilimlə bağlı Təbrizdən Bakıya gəlmişdim. Bir neçə öyrənci ilə Sovetski deyilən məhəllədə İsmət nənənin evində bir otaq kirələdim. Bir gün səhər Zərgərpalan küçəsindən İçərişəhərə gedirdim. Xoş, ürəyəyatımlı küləkli hava vardı. Yol boyunca çinar ağacları Günəşin doğuşuna sanki sevindiklərindən rəqs edərək sağa-sola baş əyir, yarpaqları Günəşə “Xoş gəldin” deyirdilər. Əhvalım yaxşı idi, ağır-ağır addımlarımı daş döşəmələrin […]

Paşa Talıblı. Şeirlər


İndi tanıdınmı Dadaloğlunu… (A.Təhləliyə) * …bir yarpaq şerini oxudum, ustad! Belə görməmişdim ox udan səni… …dost sözün dostluğu deyilsə, onda nədi yastı-yastı oxudan səni? * Belə yaslı-yaslı oxudan nədi… Yoxsa ki, qoynundan yar atıb səni? Qor kimi yaradıb o xudan səni, kül altda qor […]