ABD prezidenti D.Tramp Orta Doğuya gəldi, qayıtdı. Başında ABD-nin durduğu Böyük Ortadoğu Projesinə uyğun olaraq Orta Doğu illərdi qazan kimi qaynayır. Tramp birilərinin yazdığı kimi, qaynayan qazanın altını çəkməyə gəlməmişdi- Proje qazancını birbaşa əldə etməyə gəlmişdi. Etdi də: 13-16 may turnesi sonucunda 4 trilyon dolllarla ölkəsinə döndü. Trampın etdiyini indiyədək hansısa ABD prezidenti etməmişdi. […]
Archive for the ‘Türk Dünyası’ Category

Bilgə Xaqan kitabəsi. Ən qədim türk TÖRƏsi.


1. Tanrı təkdir. 2. Hər kim Tanrıdan qut almaq istəyirsə, başqasına yalvarmasın. 3. Bir ölkə, bir Xaqan, bir Tanrı. 4. Bir qına iki qılınc girməz. Bir xatun iki ərə gedə bilməz və bir ulusda iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim törəyə itaət etsə qutlanar (müqəddəs enerji), kim törəyə qıysa, qatlanar. […]

Böyükağa Məmmədov. Gəlimli-gedimli dünya!


Aylı gecələrdə incilər xəzinəsi asimana baxsanız… ulduzlar… yaxın görünən uzaq ulduzlar görərsiniz. Ulduz var ki, onu yerə düşürsələr asiman yaraşıqdan düşməz, ulduz da var ki, göylərin əlindən alınsa göylər əliuzalı qalar. Azərbaycan ədəbi üfüqlərində dərin fəlsəfi fikirləri parlayan ulduzlardan biri də Asif (Ata) Əfəndiyevdir. O, ədəbiyyatşünaslığımıza tənqidçı-filosof kimi gəlmiş, ədəbiyyatımıza isə Qərbi Avropa, xüsusən də […]

Soylu Atalı. Olanı Görmək – Özümlüyə yetməkdir


…Hər bir insanın, başqalarının üstünlüklərini, ləyaqətlərini görməsi – başqalarının deyil, daha çox özünün xeyrinədir. Məsələn, filankəs mənəviyyatlı, həm də yetənəkli (istedadlı) adamdır. Deyək ki, yaxşı şeir yazır. Bunu mən görməliyəm, danmalı deyiləm. Görmək nədir, danmaq nə?! – Görmək, dediyimiz kimi, Olandan daha çox görənin xeyrinədir. Olan yetənəyi ilə, yaradıcılığı, üstünlüyü ilə mənim görüşümə, ortamıma gəlir, […]

Asif Ata. Xeyir


Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür. Xeyir – ruhun özüdür. Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir. Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuzlaşdırmaq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləşdirməkdir. Xeyir əslində yeni gerçəklik yaradır. Xeyir – Mütləq mənanın Mütləq şəkildə təsdiqidir. Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviyyəsinə enmir, […]

Soylu Atalı. Yenilik çətin alışılan yaşam olsa da…


İnsanlar hər hansı bir yeniliyə alışana kimi çətinliklər yaşamalı olurlar. Dedi-qodu, söz-söhbət yaranır. Ancaq getdikcə hər şey axarına düşür. Sonralar, hansısa tələbdən, zərurət üzündən başqa bir yenilik vermək istəyəndə ona qarşı dirənməyə çalışır, özünün bundan öncə alışdığı (vərdiş elədiyi) həyat tərzini qorumaq istəyir. Oturuşmuş, vərdiş elədikləri qaydaların dəyişməsi həm ağır gəlir, həm də pis görünür […]

Asif Ata. Gözəllik


Gözəllik nisbi biçimdə aşkara çıxır. Ancaq Mütləqə xidmət edir. Gözəllik cismani biçimdə aşkara çıxır. Ancaq ruhaniyə xidmət edir. Gözəllik sonlu biçimdə aşkara çıxır. Ancaq sonsuzluğa xidmət edir. Gözəllik ölümlü biçimdə aşkara çıxır. Ancaq ölümsüzlüyə xidmət edir. Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır. Ancaq kamilliyə xidmət edir. Gözəllik – rəmzdir, nişandır. Onun təmsil elədiyi üzə çıxandan artıqdır, […]

Soylu Atalı. İnam – Məna Yoludur


(Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar) Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın […]

Xaliq Bahadır. Ərdoğanın yeni, terrorsuz Türkiyə söyləmələri


Çoxillik faktlardan çıxış etməklə “söyləncələri” yazmaq daha düzgün olardı. (Söyləncə ərəbin dilində “əfsanə” deməkdir). 23 illik hakimiyəti boyunca Ərdoğanın Türkiyə-Türklük yararına söylədikləri doğrulmadığından…söyləncəyə dönüşdü! Yazıya “Ərdoğan Türkiyəni hara aparır” başlığı da qoymaq olardı, ancaq buna gərək yoxdur: Ərdoğan özünün dediyi kimi, BOP görəvlisi- eş başqanı olaraq Türkiyəni Proje Platformasında hara gətirməliydisə, ora da gətirib. Düzdür, […]

Göynur Atalı. Asif Atadan sistemləşən alıntılar…


ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! TARİX həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. TARİX həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. TARİXDƏ nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. TARİXDƏ ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum […]