Xaliq Bahadır. 7 dekabr – Azərbaycan günü

Bu gün sevgili Azərbaycanımızın ən gözəl günüdür. Bu gün – 1918-ci il 7 dekabr günü – Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin bəy başçılığında Türk dünyasında, Doğu dünyasında ilk Parlamentin, gerçək Parlamentin, Azərbaycan Demokratik Respublikası adını doğrulayan Parlamentin açıldığı gündür!
Azərbaycan Demokratik Respublikasını böyük Məhəmməd Əmin başçılığında 60 Azərbaycan Kişisi, 60 Azərbaycan Əri qurmuşdu. Onlar ürəklərindəki böyük Azərbaycan sevgisi, düşüncələrindəki öncüllük-qabaqcıllıqla gerçəkdən- gerçəyə Demokratik Respublika qurmuşdular. Bu, çağın ən demokratik quruluşlarını belə qabaqlayan, qabaqcıl dünya demokratiyasına örnək olkan bir demokratiya idi.


Azərbaycan Demokratik Respublikası dünyanın ən qabaqcıl demokratiyalarını qabaqlamaqla qadınlara kişilərlə birgə seçib-seçilmək hüququ vermiş, etnik ayrı-seçkiliyə yol vermədən bütün Azərbaycan yurddaşlarını bir araya alan dövlət quruculuğuna başlamışdı. Bu üzdən Parlament də bütünlüklə demokratik xarakter daşıyırdı. Rusiya, Almaniya, İngiltərə imperializminin birgə planları üzündən ADR vur-tut 23 ay yaşadı.
Biriləri qaralara bürünərək ADR-i “bəy-xan” hökuməti olaraq tanıdıb, gözdən salmağa çalışırlar. ADR hökuməti çağın qoşullarına uyğun, başqa cür desək, çağ gerçəklərinə, çağ özəlliklərinə uyğun olaraq biçimlənmişdi. O çağlar daha çox varlıların uşaqları Rusiyada, Avropada yüksək eyitim ala bilirdilər. Bu üzdən də qaçılmaz olaraq hökumət daha çox varlı yetirmələrindən biçimlənmişdi. İşdə önəmli olanı bu deyildi; onların qabaqcıl görüşlü, öncül Azərbaycan idealına bağlı olmaları idi. Onlar bir çağlar Məıhəmməd Əmin bəyin də dediyi kimi, YOXDAN bir DÖVLƏT yaratmış KİŞİLƏR idilər!
1993-dən, Sovet-komunist dövlətinin yetirməsi, KQB generalı, keçmiş Politbüro üyəsi H.Əliyevin hakimiyətə qayıdışından sonra, Məhəmməd Əmin bəy başda olmaqla ADR-lə bağlı gözdənsalma kampaniyası başladı: “bəy-xan hökuməti idi”, “İrəvanı ermənilərə verdi” kimi yersiz suçlamalarla. Hər iki suçlamanın əliyevçi rejimlə qarşılaşdırması dədə-bala Əliyevlərin dövlətini-dövlətçiliyini darmadağln duruma gətirir. Yenicə qurulan, dövlət büdcəsi boş, ordusu olmayan, üstəlik, Antanta güclərinin kəskin basqısı ilə üzləşən Məhəmməd Əmin hökumətinin Azərbaycanı qoruyub saxlamaq üçün İrəvanı verməkdən başqa yolu qalmamışdı. Bu, bütün Qafqazı Antanta ordularının tutduğu bir dönəm idi. Erməniləri təpədən dırnağa yaraqlandırıb regionda üstün gücə çevirən də, Türklüyə qarşı böyük  qırğınlara nədən olan da elə Antanta dövlətləri idi. Məhəmməd Əmin hökuməti gerçək demokratik rejim yoluyla Dağlıq Qarabağ ermənilərinin Azərbaycandan ayrılmaq istəklərinin qarşısını almışdı. “Bəy-xan” faktoruna gəlincə, ADR hökumətinin başında duranlar Baş baxan Nəsib bəy Yusifbəyli başda olmaqla, özlərinin, atalarının pullarını dövlətin gərəyinə yönəldirdilər.
Əliyevlər nə etdilər? 7 rayonu verməklə, ölkənin başlıca resurslarını böyük güclər arasında pay-püşk etməklə hakimiyətə qayıtdılar, böyük paylama axarında uzun sürə hakimiyətdə qaldılar, qalırlar. Britaniya parlamentinə bağlı vergi qurumunun araşdırmalarına görə, dədə-bala Əliyevlər 1993-2010-cu illər arasında bircə ofşora Azərbaycandan 48 milyard dollar pul oğurlayıb ötürüblər! “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard dollar pul yağmalanıb,  bircə neftdən gələn 200 milyard dollar yox edilib. 2015-ci ildə bircə Gül bayramına 80 milyon pul tökən, Vatikanda qəbristanlığa milyard dollardan artıq, Luvr muzeyinə, Petka kilsəsinə, başqa belə bir ucu siyasətə dayanan obyektlərə milyonlarla dolları səpələk edən əliyevçi rejim soyub-yağmalama yoluyla Azərbaycanı dünyanın ən yoxsul-yolsuz  ölkələrindən birinə çevirib.  Əliyevlər xalqa, ölkəyə, dovlətə yağıcasına yanaşma axarında Azərbaycanı demokratiyadan diktaturaya gətirib çıxarıblar. ..
Bu gün Azərbaycan adına əliyevçi korrupsiya “parlamentinin” başında duran adam görün nə deyir: “Milli Məclis müzakirə yeri deyil”. Bir yandan doğru deyir: ANTİMİLLİ, ANTİDEMOKRATİK rejimdə, KORRUPSİYA rejimində parlament ola bilməz – adı “milli” özü lilli “məclis” ola bilər!
Bizə gərəkən budur: necə olur olsun Demokratik Respublika başlanğıcına qayıtmaq! Qurtuluşumuz o başlanğıcdadır…

P.S. Məhəmməd Əmin hökuməti çıxılmazlıq qarşısında qalaraq İrəvanı ermənilərə 100 illiyə vermişdi. İki il sonra, 2018-ci ildə, 100 il başa çatır. Əliyevçi rejim Azərbaycanı o 100 illiyə soyub-yağmalama yoluyla diz çökdürməklə aparır – görünür, ermənilərə sorun yaranmasın deyə!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv