AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 7

Rusca «Azərbaycan» qəzetinin 21 noyabr 1918-ci il 41-ci sayında «Rəsmi bölmə» adı altında general V.M. Tomsonun «Danışıqsız Buyuruq»u yayımlanıb:
«1. 17 noyabr 1918-ci il, saat 12-dən Bakı kəndi Ordu durumuna keçirilir. Onu mən, aşağıda qol çəkmiş general-mayor V.M.Tomsonla Birlik Dövlətlərinin adından görəvləndirdiklərim yönətəcəklər.

  1. Ordu durumunda mən, aşağıda qol çəkən Bakı kəndinin ordu qubernatoru olacağam!
  2. Polkovnik F.P.Kokkorel Birlik Dövlətilərinin Bakıdakı polis komisarı qoyulur.
  3. Bakı Bələdiyəsi, eləcə də başqa toplumsal qurumlar qabaqkıtək işləyirlər.
  4. Ordu durumunun yasaları tezliklə bildiriləcək, gərəkdikcə yenilənəçəkdir. Göstərilən suçlardan hansı biriyləsə suçlananlar qoyduğum görəvlilərcə, ya da uyğun gördüyümtək yubadılmadan kəskin cəzalandırılacaqdır.

Birlik Dövlətlərinin Bakıdakı Ordusunun komandanı, general-mayor V.M.Tomson.

Bakı kəndi, 17 noyabr 1918-ci il».

Rusca «Azərbaycan» qəzetinin 22 noyabr 1918-ci il 42-ci sayında V.V. Tomsonun  «Bakı kəndi üçün Danışıqsız Buyuruq»u yayımlanıb. Bəlgə o çağda Bakının, Azərbaycanın, Türk ulusunun, dövlətquran böyük aydınların durumunu anlamaq  üçün çox dəyərlidir: «17 noyabr 1918-ci ildə Bakı kəndində Ordu durumuna keçildiyini bildirən  «Danışıqsız Buyuruq»a aşağıdakı düzükləri artırıram:

YARAQ

  1. Yuxarıda göstərilən rayonda heç kimə mənim qoyduğum yetkilinin qolu, damğalı, yazılı onayı olmadan özü ilə soyuq, ya da odlu yaraq gəzdirməyə yol verilmir (Birlik Ordusunun yüksək çinlilərilə Rus Ağalığının qulluqçularından başqa).

Belə yazılı onay Birlik, eləcə də Rus Ordusunun istənilən subayı, ya da mənim qoyduğum yetkili istərsə göstərilməlidir. Belə onay verilmədən gəzdirilən yaraq alınacaq, ya da onunla duruma uyğun davranılacaqdır.

  1. Yuxarıda adı çəkilənlərdən başqa heç kimə evində, ya da saxlancında yazılmamış soyuq, ya da odlu yaraq, patronlar saxlamağa yol verilmir. Yaraqlar Birlik Dövlətləri Ordusunun polis komisarının «Yazışma bölməsi»ndəki (keçmiş kənd başçısının kanselyariyası) yazılacaqdır. Onayın olduqca az veriləcəyi sözsüzdür!

Bütün yurddaşlar yaraqlarını yaşadığı yerin polis bölməsinin «Yazışma bölməsi»nə verməlidirlər. Yerli polis ağalığı bu yolla verilən bütün yaraqlara bəlgə verəcəkdir.

Yaşayanlar bu qərarı noyabrın 22-si axşam saat 6-dək yerinə yetirməlidir! Yaraqlar Birlik Dövlətlərinin yetkililərinin bəlirlədiyi sürədən sonra, bəlgələrii göstərməklə qaytarılacaqdır.

Bu qərara uymayanlara: a) bədən cəzası, b) türmə, s) pul cəzası, ya da göstərilənlərin qatışığı veriləcəkdir!

  1. 22 noyabr 1918-ci il saat 6-dan sonra hansısa adamın işlətdiyi, yiyəsi olduğu bir yaşayış yerindən, gəmisindən, qayığından, ya da topraq parçasından yazıdan keçməmiş odlu yaraq, ya da patronlar tapılarsa, o, yiyəsi, ya da gizlədəni sayılacaqdır!
  2. Gəmi kapitanları donanmanın «Prezident Kryüqer» gəmisində olan baş subayının tutduğu cədvələ uyacaqlar!

Toplantılar

  1. Mənim yazılı onayım olmadan, nə amacla olur-olsun (yasal, bəlirlənmiş yerlərdəki din yığıncaqlarından başqa) ondan çox adam qatılan yığıncaqların keçirilməsi yasaqdır! Bu yasaq olan küçə toplantıları üçün də keçərlidir.

Danışıqsız, sərt cəzaya uğradılanlar

  1. Yuxarıda göstərilənlərə artırma olaraq, pozuntu törətmişlərdən başa aşağıdakılar da yubadılmadan kəskin cəzalandırılacaqlar.

Qulaq asmamaq

  1. a) Mənim qərargahımda olan hansısa İngilis ordu çinlisinin, ya da adımdan iş görmək üçün məndən yazılı yetki almışların iş başında ikən yasal buyuruqlarına uymayanlar.

Yalançılıq

  1. b) Savaş, ya da politik anlamlı qorxuducu, ya da yalan soraq yayanlar.

İçkiçilik

  1. v) İçkili tutulmuş istənilən adam.

Bakı rayonunda içkili görünən Birlik, ya da Rus əskərini-dənizçisini ancaq İngilis, Rus yetkililər tuta bilər, ancaq yönətimində olduğu ağalıqlar cəzalandıra bilər.

Spirtli içki satışının yasaqlandığı saatlar

  1. q) Səhər saat 9-dan, gecə saat 11-dən sonra spirtli içki satanlar.

Alverçilik

  1. c) Malı, manufakturanı satmaq, işlətmək, boş evləri, yerləri kirayə vermək, toplumsal işlər üçün düşünülmüş arabalarla uyğun pula daşımaq istəməyən istənilən

Gizlətmək

  1. z) Hansısa malı, manufakturanı gizlədib işlətməyə, almağa qoymayanlar.

Toplumsal düzəni qorumağa yardım

  1. e) Gərəkərsə, toplumsal güvəni saxlamaq üçün yaradılacaq İngiltərə, Rus Ordu polisində, ya da sonralar «Birlikçilər»in yarada biləcəyi polisdə işləməyə, yanğınsöndürmədə, eləcə də yurddaşların istəyilə toplumsal yardım üçün gərəkli başqa bir yerdə çalışmaqdan yayınan istənilən adam.

Göstərilər, şuluqluqlar

  1. i) Göstəriyə, şuluqluğa çağıran istənilən göstərici, ya da qarşıçıxan.

Genəlliklə

  1. k) Mənim yasal düzənə, toplumsal yaşama, ya da yurddaşların güvənliyinə qarşı olmasını düşündüyüm istənilən adam.

Ağır cinayətlər

  1. Daha ağır cinayətləri mənim kəskin yasaları danışıqsız uyqulamaq hüququ verdiyim adamlar, ya da ölüm hökmü çıxarmaq hüququ olan məhkəmələr araşdıracaqdır.

                                                   Dil

  1. Bütün küçələrin adları, toplumsal yerlər, topluma çatdırılan bütün bilgilər, bildirişlər Rus dilində olmalıdır, gərəkirsə başqa dildə də verilə bilər.

Yağı dövlətlərin yurddaşları

  1. Türkiyə, Almaniya, Avstriya, Bolqarıstanın 19 noyabr 1918-ci il saat 6-dan sonra Bakıda, ya da onun rayonunda ələ keçən bütün yurddaşları tutulacaqdır. Saxlamağa, ya da Birlik yetkililərinə verməyə, eləcə də bu dövlətlərin yurddaşlarının yerini tutulmasına gətirən bildirməyə görə aşağıdakı bağış veriləcəkdir:
  2. Orduda qulluq edən, subaydan aşağı olmayan görəvliyə görə 100 rubl.
  3. Kapitandan aşağı çinli subaya görə 250 rubl.
  4. Kapitandan yuxarı çinliyə görə 500 rubl.
  5. Sivil adamlara görə ayrı-ayrı.

Ağalığın görəvləndirməsi

  1. Yuxarıda göstərilən «Danışıqsız Buyuruq»un yerinə yetirilməsini izləmək üçün Bakıdakı Birlik Ordusunun polis komisarı polkovnik F.P. Kokkereli görəvləndirirəm. O, mənim adımdan işləyir.

Rayonun bəlirlənməsi

  1. Bu «Danışıqsız Buyuruq» keçici olaraq, ortada Bakı kəndinin Ağalıq poçtu olmaqla 8 verst (8, 8 km) radiusda uyğulanır.

Bu «Danışıqsız Buyuruq» 1918-ci il noyabrın 19-da, günorta saat 12-dən yasal gücə minir.

Bakıdakı Birlik Ordusunun komandanı general-mayor V.M.Tomson.

Bakıda, 19 noyabr 1918-ci ildə verilmişdir».

Bu açıqlama yenicə dövlət qurmuş, Ağalığı iki ay öncə başkəndinə köçmüş, Azərbaycan Türklərinin yüksək dövlətçilik, mənəvi yüksəliş duyğuları ilə  yaşayan aydınları üçün «ölüm bildirişi» idi. Ancaq politikanın üzünün tez dəyişdiyini bilən dövlətquran bahadırlar Azərbaycan Türkünün işığını sönməyə qoymadılar!

Rusca «Azərbaycan» qəzetinin 22 noyabr 1918-ci il, 42-ci sayında «Azərbaycan Milli Şurasının Toplantısı» adlı bilgi verilmişdir. Bilgidə deyilir: «20 noyabr. Başçılıq edir M. Ə. Rəsulzadə. Başçı Ağalığın Azərbaycan Parlamentinin yaradılması ilə bağlı yasa tasarısı irəli sürdüyünü bildirir. Milli Şura yasanı bütünlüklə, düzəlişsiz alıb, Parlamentin dekabrın 3-də açılmasını bəlirləyir. Başçının önərisilə C. Hacinski, R. Vəkilov, Ab. Q. Kazımzadə, Heybətqulu Məmmədbəyov, Məlik Yeqanovdan, beş adamlıq işçi-qurucu komisiya seçilir».

Bunun altında «Azərbaycan Parlamenti» adlı bilgi verilib: «Azərbaycan Milli Şurası ulusal azlıqlar da qatılmaqla Azərbaycan Parlamentinin yaradılması üçün yasa çıxarmışdır. Parlament elçilərinin sayı 120-dir. Onlardan 80 elçi Müsəlmanlara, 21 Ermənilərə, 10 Ruslara, 1 Yəhudilərə, 1 Almanlara, 1 Gürcülərə, 1 Polyaklara, 3 yer professional birliklərə, 2 yer alver-sənaye ilə neft sənayeçiləri birliklərinə verilmişdir».

Rusca «Azərbaycan» qəzetinin 24 noyabr 1918-ci il 43-cü sayında general Tomsonun «Bildiriş»i verilmişdir. «Bildiriş»də deyilir: «Bununla Qafqazda yaşayanlara bildirilir: Qafqaza ordu göndərməkdən amac bu topraqlarla bağlı son qərarı Barış Konfransının verəcəyini gözə almaqla Qara, Xəzər dənizləri arasında yerləşən bu Rus toprağında toplumsal güvənliyin saxlanması, Birlik Dövlətlərinin Türkiyənin barış düzüklərini necə yerinə yetirməsini izləməsi, yasal düzənin saxlanmasıdır.

Birlik Dövlətləri Ordusunun komandanı, general Tomson».

Bundan aşağıda «Rəsmi bölmə» başlığı altında «Danışıqsız Buyuruq» çap olunub. «Buyuruq»da deyilir: «22 noyabr 1918-ci il, saat 12-dən aşağıdakı «Buyuruq» uyğulanır:

  1. İngiltərə Ordu polisindən, on (10) adamlıq Ordu dəstələrindən, bir də subayın birbaşa başçılığında olan dəstədən başqa heç bir başqa orduçu Bakıda odlu yaraq gəzdirəməməlidir!

Bu buyuruğu yerinə yetirməyən istənilən əskər, ya dənizçi ÖLÜM HÖKMÜ də çıxara bilən Ordu məhkəməsinə veriləcəkdir.

  1. Bakıda güllə atan kim olursa-olsun, Ordu məhməməsinə veriləcəkdir.
  2. Asmalar yuxarıda göstərilən qoşullara uyğun olaraq, toplum qarşısında ediləcəkdir.
  3. Bütün yüksək çinli orduçulara aşağıdakı rayonlara getmək yasaqdır:
  • Qala (içinə).
  • Kənddəki cizginin batısındakı aşağıdakı küçələr boyu bütün yerlərə: a) Nijne Çemberekendskaya, b) Bolşaya Çemberekendskaya, v) Vranqelskaya, q) Bazarnaya, d) Şaxskaya, e) Pervaya Qanlitapinskaya, c) Qoqolevskaya, z) Verxnaya Bulvarnaya.

Bakı kəndinin general-qubernatoru, general-moyor V.M. Tomson».

ARDI VAR

* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv